Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:48
Hacıqabul rayonunda təməli qoyulan Şirvan-Muğan su kəməri layihəsi çərçivəsində 170 kilometr uzunluğunda magistral xəttin çəkilişi nəzərdə tutulub.

Yeni kəmər istifadəyə verildikdən sonra Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərləri, Salyan rayonunun 41, Neftçalanın 44, Biləsuvarın 23, Sabirabadın isə 13 kəndi su ilə təchiz ediləcək.

“Azərsu” ASC-dən AzərTAc-a bildiriblər ki, ümumilikdə Şirvan-Muğan su kəmərinin istismara verilməsi ilə 470 min adam keyfiyyətli su ilə təmin olunacaq.

Şirvan-Muğan kəmərinin inşası 2013-cü ilin sonunadək başa çatdırılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG