Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:40

İlham Əliyev ABŞ konqresmenləri ilə görüşüb


Konqresmenlərlə görüş (Foto: President.az)
Konqresmenlərlə görüş (Foto: President.az)
Prezident İlham Əliyev sentyabrın 8-də ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi nəzarət və təhqiqatlar alt komitəsinin sədri Dan Rorabaherin başçılıq etdiyi Tennessi ştatından Respublikaçı konqresmen Marsha Blackburn, Texas ştatından Respublikaçı konqresmen Ted Podan, Kolorado ştatından Respublikaçı konqresmen Doug Lamborndən və alt komitə sədri ofisinin rəhbəri Pol Berkowitsdən ibarət nümayəndə heyətini qəbul edib.

President.az saytının məlumatına görə, İlham Əliyev Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildirirb.

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi nəzarət və təhqiqatlar alt komitəsinin sədri Dan Rorabaherin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən Əliyev bu səfərin iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılması üçün yaxşı imkan yaratdığını dedi.

Görüşdə ikitərəfli münasibətlərin genişləndirilməsində qanunverici orqanlar arasında əməkdaşlığın önəmi qeyd olunub. İkitərəfli əlaqələr, regional və enerji sahəsində əməkdaşlıq və başqa məsələkər ətrafında fikir mübadiləsi aparılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG