Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:21

İctimai Palata memorandum qəbul edib (VIDEO)


İctimai Palata memorandum qəbul edib
Gözlə

No media source currently available

0:00 0:06:05 0:00

İctimai Palata memorandum qəbul edib

-
Sentyabrın 8-də Müsavat Partiyasının qərargahında İctimai Palatanın növbəti sessiyası keçirilib. Sessiyada ölkədəki ictimai-siyasi vəziyyət, o cümlədən Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya olunması və əfvinə münasibət bildirilib.

Ölkədəki ictimai-siyasi vəziyyətə toxunan AXCP sədri Əli Kərimli seçkiyə 14 aya yaxın vaxt qalmasına baxmayaraq, hökumətin artıq özünəməxsus şəkildə seçki kampaniyasına başladığını deyib:

«Özlərinə yenə də sədaqətlidirlər. Başqa şey bacarmırlar. Yenə də qara piar, şər, böhtanla cəmiyyətin başını qatırlar. Bu məqsədlə Azərbaycan cəmiyyətini zəhərləməyi hədəf götürmüş zəhərlənmə şousu həyata keçirməyə başlayıblar. Amma bu saxta ittihamla cəmiyyətdə çaşqınlıq yaratmaq istəyən bu hakimiyyət özü-özünü ifşa edir. Hökumət gözləyirdi ki, müxalifət daxilində çaşqınlıq yaradacaq. Amma tam əksinə oldu. Müxalifət və vətəndaş cəmiyyətinin daha sıx birləşməsi üçün zəmin yarandı. İkinci nəticə o oldu ki, Azərbaycan hakimiyyəti bu məsələdə mənən iflasa uğradı».

SESSİYADA QALMAQAL

İP üzvü Elman Cəlilovun növbədənkənar çıxışı və irəli sürdüyü təklif iclasda gərginliyə səbəb olub.

Elman Cəlilov neft müqavilələrinin dayandırılmasını və Azərbaycanın dövlət gerbində «Allah» sözünün ləğv olunmasını təklif edib və səsə qoyulmasını istəyib. Bu təklif qalmaqal yaradıb. İP üzvləri Elman Cəlilovun təklifi ilə razılaşmayıblar.

6 BƏNDDƏN İBARƏT MEMORANDUM

Sessiyanın sonunda «2013-cü il prezident seçkisi ilə bağlı memorandum» qəbul edilib. 6 bənddən ibarət memorandumda seçki ilə bağlı son mövqeyin yalnız seçki ərəfəsində qəti şəkildə formalaşdırılması məqsədəuyğun sayılır.

İctimai Palata (İP) 2013-cü il prezident seçkilərini indiki siyasi proseslərin ən mühüm hadisələrindən sayır.
İP-nin sessiyası
İP-nin sessiyası
Hesab edir ki, 2013-cü il prezident seçkisi ölkənin avtoritarizmdən demokratiyaya keçid məsələsində Azərbaycan cəmiyyəti üçün ən əlverişli şanslardan biridir.

VAHİD NAMİZƏD

Memorandumda İP-nin vahid namizəd məsələsinin gündəmdə olmadığı bildirilir. Qeyd edilir ki, İP geniş demokratik çevrənin birgə iştirakını faydalı və arzu edilən sayır:

«İP hazırkı mərhələdə seçkilərdə namizəd kimi iştirak barədə bəyanatları və qərarları təbii hesab edir və bu kimi hərəkətləri İP-nin mövqelərinə zidd saymır. İP seçkiyə qədərki ağlabatan ən son müddətə qədər bu məsələni digər demokratik qüvvələr və ilk növbədə Ziyalılar Forumu ilə birlikdə dəyərləndirməkdə davam edəcək».

Bundan başqa, İP «siyasi məhbus»ların tez bir zamanda azadlığa buraxılmasını tələb edən bəyanat verib.

Bəyanatda siyasi motivlərlə həbs olunanların azad edilməsi üçün beynəlxalq təşkilatlardan səylərini artırmaq istənilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG