Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:27

Hindistanla Pakistan münasibətləri yaxşılaşdırır


Hindistanla Pakistan xarici işlər nazirləri İslamabadda münasibətlərin yaxşılaşdırılması ilı bağlı danışıqlara başlayıblar.

İlk növbədə iki ölkə arasındakı viza rejiminin sadələşdirilməsi müzakirə olunur və tərəflərin müvafiq razılaşma imzalayacaqları gözlənilir.

Hindistanın xarici işlər naziri Krishna bundan əvvəl Pakistan prezidenti Asif Ali Zardari ilə görüşüb.

Tərəflər qeyd ediblər ki, iki ölkə arasındakı bütün mübahisəli məsələləri dialoq yolu ilə həll etmək lazımdır.

Rəsmilər hesab edirlər ki, xarici işlər naziri Krishnanın Pakistana səfəri baş nazir
Monmohan Sinqin Pakistana səfərinə hazırlıq məqsədi güdür.

İndiyədək Kəşmir əyalətinə görə, nüvə dövləti olan Hindistanla Pakistan arasında 3 dəfə müharibə olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG