Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:48

Lavrov: "ABŞ-ın sanksiyaları Rusiyanın biznes maraqlarına təsir edir”


“ABŞ-ın Suriya və İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyalar, birbaşa Rusiyanın biznes maraqları, xüsusilə də Rusiya banklarına təsir edir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vladivastokda ABŞ Dövlət katibi Hillary Clintonla görüşdən sonra deyib.

Görüş Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçirilib.
Lavrov Suriyaya qarşı sanksiyaların mənasız olduğunu bildirib və qeyd edib ki, bütün ölkələr nüfuzlarından istifadə edərək münaqişə aparan tərəfləri dialoqa cəlb etməlidir.

Tərəflər müxtəlif sahələrdə əməkdaşlıq məsələsini də müzakirə ediblər.

Clinton bildirib ki, ABŞ Konqresi artıq sentyabrda iki ölkə arasındakı ticarət əlaqələrini məhdudlaşdıran Cekson-Venik düzəlişini ləğv edə bilər.

Hillary Clintonun prezident Vladimir Putinlə də görüşəcəyi gözlənilir.
XS
SM
MD
LG