Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:00

Ə. Qarayev: «Qarabağa gedən turistlərin təhlükəsizliyi təmin olunmur»


Əbülfəs Qarayev
Əbülfəs Qarayev
-
«Son vaxtlar Ermənistan tərəfindən turistlərin aldadılaraq Dağlıq Qarabağa aparılması mənfi haldır».

Bunu Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev «İpək yolunun tamı: Kulinariya, mədəniyyət və turizm» adlı beynəlxalq konfransda deyib:

«Ermənistanın işğal etdiyi torpaqlar beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul olunur, Ümumdünya Turizm Agentliyi də beynəlxalq qanunlar çərçivəsində fəaliyyət göstərir. Bu baxımdan Dağlıq Qarabağa aldadılaraq aparılan adamlar nə tanınır, nə qeydə alınır, nə də onların təhlükəsizliyi təmin olunur».

Nazir eyni zamanda Qarabağın mətbəx ənənələrinin Azərbaycan mətbəxinin ayrılmaz hissəsi olduğunu qeyd edərək, Ermənistanın işğalçılıq siyasəti nəticəsində bu cür məsələlərin yerində qiymətləndirilmədiyini bildirib. Bununla yanaşı, nazir kulinarlarımızın Qarabağ mətbəxinin təbliği üçün çoxsaylı işlər gördüyünü vurğulayıb. /ANS/

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG