Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:09

Naxçıvanda karateçilərlə seminar keçirilib


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 21 iyun 2012. sayı: 115 (20.520)


ÇİN – AZƏRBAYCAN BİZNES FORUMUNDA NAXÇIVAN NÜMAYƏNDƏ HEYƏTİ DƏ İŞTİRAK EDİB

Azərbaycan və Cin Xalq Respublikasının müvafiq qurumlarının təşkilatçılığı ilə iyunun 12-də Pekində, iyunun 15-də isə Quançjouda Çin – Azərbaycan Biznes Forumu keçirilib. Biznes forumda Azərbaycan və Çin tərəfindən rəsmi şəxslərlə yanaşı, bank, sığorta, sənaye, tikinti, şərabçılıq, arıçılıq, bağçılıq və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın iş adamı iştirak etmişdir.

Biznes foruma Naxçıvan Muxtar Respublikasının nümayəndə heyəti də qatılmışdır. Tədbir iştirakçılarına muxtar respublikamızın sosial – iqtisadi inkişafı, biznes, investisiya mühiti və rentabelli investisiya layihələri barədə ətraflı məlumat verilmiş, çinli iş adamları müxtəlif xidmət sahələri üzrə fəaliyyət göstərməyə dəvət olunmuşlar.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərindən «Gəmiqaya Holdinq» Şirkətlər İttifaqı, «Dizayn Holdinq» Kommersiya Şirkətlər İttifaqı və «Naxçıvan Avtomobil Zavodu» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri daxil edilmişlər.

KARATEÇİLƏRLƏ SEMİNAR KEÇİRİLİB

Dünən Şərur Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Karate – do federasiyasının idmançıları ilə texniki seminar keçirilib. Azərbaycan İçigeki Karate İdman Klubunun rəhbəri, ikinci dan qara kəmər ustası Elçin Çobanovun apardığı seminarda 70-dən artıq idmançı iştirak edib. İdmançıların ustalıq səviyyəsini artırmaq, texniki – taktiki hazırlığını yüksəltmək və onları gələcəkdə keçiriləcək müxtəlif miqyaslı yarışlara hazırlamaq məqsədilə keçirilən seminarda karateçilərə kontakt karatedən yeni texnika və taktikalar aşılanıb. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının Naxçıvan «Budakan» karate-do idman klubu ilə Şərur rayonunda fəaliyyət göstərən dörd bölməsinin idmançıları arasında keçirilən seminara yeddi nəfər 1-ci dan, üç nəfər 1-ci küyu qəhvəyi və digər müxtəlif kəmər dərəcələrinə layiq görülmüş idmançılar qatılıblar.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Kərimbəyli kəndində kompleks quruculuq tədbirləri keçirilir
- Folklor və muğam müsabiqəsinə start verilib
- Kəngərli müasir Azərbaycan rayonudur
XS
SM
MD
LG