Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:48

ATƏT-in 19 səfiri Azərbaycana gəlir


-
ATƏT-ə daimi üzv olan 19 ölkənin səfiri sentyabrın 10-da Azərbaycana iki günlük səfərə gəlir.

Bu barədə AzadlıqRadiosuna ATƏT-in Bakı ofisindən məlumat verilib.

Səfirlər hökumət nümayəndələri, vətəndaş cəmiyyəti, parlamentdə təmsil olunan və olunmayan siyasi partiya təmsilçiləri, o cümlədən prezidentlə görüşəcəklər.

Hazırda səfirlər Ermənistandadırlar.

Müsavat və AXCP-dən verilən məlumata görə, artıq onlar bu görüşlə bağlı ATƏT-in Bakı ofisindən dəvət alıblar.

ATƏT-dən bildirirlər ki, bu uzun müddət planlaşdırılan səfərdir və indi baş tutur:

«Belə bir səfərlərin keçirilməsi yeni ideyadır və əsas məqsəd regionla tanışlıqdır».
XS
SM
MD
LG