Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:50

Pakistanın Haqqani şəbəkəsi də ABŞ-ın qara siyahısına düşdü



ABŞ Dövlət Departamenti Pakistanda yerləşən Haqqani şəbəkəsini terrorçu təşkilatların qara siyahısına salıb. Buna səbəb kimi də təşkilatın Əfqanıstanla sərhədlərdə NATO qüvvələrinə qarşı hücumları göstərilir.

Dövlət Departamentinin sözçüsü bildirib ki, artıq Dövlət Katibi Hillary Clinton Konqresə məktub yazaraq Haqqanin terrorçu təşkilatları siyahısına salınmasını istəyib.

ABŞ rəsmiləri Haqqani şəbəkəsini Əfqanıstanın sərhəd məntəqələrinə hücumlarda, bu ilin iyununda Kabul yaxınlığında 18 nəfərin ölümü ilə nəticələnmiş hücumda, keçən il ABŞ səfirliyini mühasirəyə almaqda ittiham edirlər.

Bundan əvvəl Haqqaninin bəzi üzvləri ABŞ-ın tərtib etdiyi terrorçuların qara siyahısına salınmışdı. Vaşinqton şəbəkə ilə danışıqlara ziyan dəyməməsi üçün təşkilatın özünü hələlik həmin siyahıya salmırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG