Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:43

BMT Baş katibi də Ramil Səfərov məsələsindən narahat olduğunu deyir



BMT-nin Baş katibi Ban Ki-moon`un sözçüsü Martin Nesirky sentyabrın 6-da Nyu-Yorkda BMT-nin qərargahında Ramil Səfərov məsələsi ilə bağlı suallara da cavabında deyib ki, Baş katib artıq bu məsələ ilə bağlı narahatlıq ifadə edib:

- Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının bu yaxınlarda verdiyi bəyantında qeyd edildiyi kimi biz bu məsələnin Qarabağ sülh prosesinə və tərəflər arasında inama təsir etməyəcəyinə ümidliyik. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin alternativi yoxdur.

Ramil Səfərov 2004-cü ildə Budapeştdə NATO təlimlərində Azərbaycan bayrağını təhqir etdiyini dediyi Ermənistan zabitini qətlə yetirmişdi. Macarıstan məhkəməsi onu ömürlük azadlıqdan məhrum etmişdi.

Avqustun 31-də Ramil Səfərov Azərbaycana verilib və prezident onu əfv edib.
Ermənistan buna görə Macarıstanla diplomatik əlaqələri kəsərək Bakını düşmənçiliyi qızışdırmaqda ittiham edib.

Prezident İlham Əliyev isə elə bu gün bildirib ki, Ramil Səfərovun Bakıya gətirilməsi və əfv olunması Avropa Konvensiyası çərçivəsində həyata keçirilib.
XS
SM
MD
LG