Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:20

İranda növbəti prezident seçkisi gələn il iyunun 14-ə təyin edilib



İranın rəsmi informasiya agentliyi olan İRNA xəbər verir ki, bu ölkədə növbəti prezident seçkisi gələn il iyunun 14-ə təyin edilib. İranın Daxili İşlər Nazirliyi sentyabrın 7-də elan edib ki, iyunun 14-də həm də bələdiyyə seçkiləri keçiriləcək.
İlk dəfədir ki, İranda iki seçkini eyni günə təyin edirlər.

İndiki prezident Mahmud Ahmadinejad artıq iki dəfə seçilib deyə bu seçkidə namizədliyini verə bilməz.

İranda prezidentlik müddəti 4 ildir və bir nəfər dalbadal iki dəfədən artıq namizədliyini irəli sürə bilməz. 2009-cu ildə keçirilmiş sonuncu seçkidə Ahmadinejad qalib elan edilsə də onun rəqibləri olan daha liberallar nəticələrin saxtalaşdırıldığını elan edərək kütləvi etiraz aksiyaları keçirmişdilər. Hökumət həmin aksiyaları zorakılıqla dağıdıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG