Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:59

Türkiyədə anti-terror əməliyyatında azı 18 yaraqlı öldürülüb



Türkiyə təhlükəsizlik qüvvələrinin məlumatına görə PKK terror təşkilatı yaraqlılarına qarşı əməliyyatlarda son günlər azı 18 terrorçu öldürülüb.

Türkiyənin İraqla sərhədində - Şırnak əyalətində dağlarda əməliyyat sentyabrın 5-dən başlayıb. Bundan bir neçə gün əvvəl yaraqlılar həmin bölgədə 10 polis əməkdaşı və əsgəri öldürmüşdü.

Türkiyə mediası ordunun yaraqlılarla mübarizədə döyüş təyyarələri və vertolyotlardan istifadə etdiyini bildirirlər.

1984-cü ildən bəri Türkiyənin kürdlər yaşayan regionlarında separatçılıq edən PKK təşkilatı ilə mübarizədə indiyə qədər 45 000 nəfərə yaxın adam həlak olub. ABŞ və əksər beynəlxalq təşkilatlar PKK-nı – Kürd Fəhlə Partiyasını terrorçu təşkilat kimi tanıyıb. z

Günün bütün mövzuları

XS
SM
MD
LG