Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:33

Asiya-Sakit Okean ölkələri sammitə toplaşıb


Sentyabrın 7-də Uzaq Şərqdə - Vladivostokda Asiya-Sakit Okean ölkələri İqtisadi Əməkdaşlıq təşkilatının sammiti başlayıb. Toplantıya Yaponiya, Cənubi Koreya liderləri, həmçinin Asiya-Sakit Okena regionu ölkələrinin yüksək vəzifəli rəsmiləri, böyük şirkətlərin rəhbərləri qatılıb.

Təşkilata üzvü olan 21 ölkənin 2 gün davam edəcək toplantısında regional iqtisadi əməkdaşlıq, sel təhlükəsinə qarşı tədbirlər, su problemləri müzakirə edilir. Bu quruma daxil olan ölkələrdə dünya əhalisinin 40 faizi yaşayır və dünya iqtisadiyyatının da 55 faizi həmin regionda cəmləşib.

Sammitdə çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin deyib Dünya Ticarət Təşkilatının üzvü olan ölkələri öz iqtisadiyyatlarında həssas sahələrə xüsusi diqqət yetirmələrinə imkan verilməlidir:

- Dünya Ticarət Təşkilatının tam hüquqlu bir üzvü kimi biz beynəlxalq ticarət qanunlarının ədalətli qurulmasında fəal rol oynamağa cəlb olunmuşuq. Biz hesab edirik ki, ölkələrin öz iqtisadiyyatlarında çox zəif olan, qlobal iqtisadiyyatda çox həssas sayılan konkret sahələri xüsusi mühafizə etmələrinə imkan verilməlidir.

Rusiya prezidenti həmçinin Avrasiya iqtisadi Birliyi yaradılması haqqında planları haqqında da məlumat verib. Onun fikrincə, belə birlik Avropa ilə Asiya-Sakit Okean regionu arasında körpü rolu oynaya bilər.

Rusiya və 6 keçmiş sovet respublikası artıq gömrük birliyinə daxil olub. Amma Putin yaxın gələcəkdə daha sıx birlik qurulmasına çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG