Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:14

Pakistanda 14 yaşlı xristian qız azad edilib


Pakistan məhkəməsi girov qarşılığında həbsdə olan 14 yaşlı xristian qızı - Rimsha Masihi azad edib. O, islamı təhqir etməkdə ittiham olunurdu.

Rimsha Masihin həbsi beynəlxalq rezonans doğurmuşdu.

Bir neçə gün əvvəl polis Rimshanın yaşadığı ərazidə imamı həbs edib. Onun evindən Rimsha əleyhinə olan yalançı dəlillər çıxıb. Rimsha Quranı yandırmaqda ittiham olunurdu. İmamın da evindən Quranın yarısı yanmış iki səhifəsi çıxıb.

Pakistan qanunlarına görə, islamı təhqir edən adam ölüm cəzasına məhkum edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG