Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:00

Sartre-ın ən ünlü əsəri Azərbaycan dilində!


-

"Qanun" nəşriyyatı məşhur fransız filosofu və yazarı Jean-Paul Sartre-ın "Varlıq və heçlik: Fenomenoloji ontologiya təcrübəsi" əsərini Azərbaycan dilində çap edib.

Yusif Rəhimoğlunun tərcümə etdiyi «Varlıq və heçlik» Sartrın ən ünlü əsəridir və ekzistensializm fəlsəfəsinin başlıca sənədi sayılır.

Bu traktatında fransız filosofu insan dünyası ilə bağlı bir çox ideyalarını açır.

Azərbaycan oxucusu «Varlıq və heçlik» əsərini oxuduqca dilimizin lüğətindən bildiyi «heç nə», «heçlik», «varlıq», «şüur», «seçim», «öz kimliyini seçmək və ya qurmaq» kimi sözlər, deyimlər onun öncələr bilmədiyi mənalarla dolacaq və ona görə də dolğunlaşacaq.

Beləcə, Azərbaycan oxucusu biləcək ki, insan varlığı nəsnələrin varlığından nə ilə fərqlənir. Biləcək ki, azadlıq varlıqla, şüurla necə bağlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG