Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:03

Suriya ordusu üsyançılarda olan şəhəri geri alıb


Suriyada hökumət qoşunları Tel-Çahab şəhərindən üsyançıları vurub çıxarıb. İordaniya ilə sərhəddə yerləşən bu şəhər bir neçə ay idi ki, üsyançıların əlində idi. Bu ərazi həm də Suriyadan İordaniyaya qaçan qaçqınların əsas yolu sayılırdı.

Rəsmi dövlət agentliyi SANA-nın məlumatına görə, təmizləmə zamanı bu şəhərdə bir neçə terrorçu həbs olunub, onlardan çoxlu sayda silah-sursat götürülüb.

Suriya Xarici İşlər Nazirliyi Misir prezidenti Mohammed Morsini Suriyanın daxili işlərinə qarışmaqda ittiham edib. Bundan əvvəl Misir prezidenti Bashar Assadi istefaya çağırmışdı.
XS
SM
MD
LG