Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:38

MDB Daxili İşlər Nazirləri Şurasının sədrliyi Azərbaycana keçir


Azərbaycan bayrağı

Azərbaycan bayrağı

Sentyabrın 7-si Bakıda MDB üzvü olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının (DİNŞ) iclası öz işinə başlayıb. MDB ərazisində mütəşəkkil cinayətkarlıq və cinayətkarlığın başqa təhlükəli növləri ilə mübarizə üzrə Əlaqələndirmə Bürosunun rəhbəri Nikolay Ovçinnikov MDB DİNŞ-nin sədrliyinin Azərbaycanın daxili işlər naziri Ramil Usubova keçdiyini elan edib.

Trend-in məlumatına görə, öz çıxışında Usubov bildirib ki, zamanın və yaranmış təcrübənin sübut etdiyi kimi, MDB DİNŞ-nin formatında əməkdaşlıq daim möhkəmlənir, iştirakçı dövlətlərin və xalqların xeyrinə yeni konkret məzmun alır.

«Əminəm ki, bu proses eyni dərəcədə pozitiv davam edəcək. Formatda əməkdaşlıq müasir çağırışlara və təhlükələrə əks-təsirə adekvatdır, beynəlxalq terrorizmlə və mütəşəkkil millətlərarası cinayətkarlıqla mübarizədə müvəffəqiyyət birlikdə, qarşılıqlı anlaşmada və insanların dinc həyatının müdafiəsi üçün birgə fədakar səylərin tarazlığındadır», - Usubov deyib.

ARTUR RASİ-ZADƏ: BİRGƏ SƏYLƏRLƏ YÜZLƏRLƏ CİNAYƏTKAR BİRLİK İFŞA EDİLİB

Müasir təhlükələrə və çağırışlara vaxtında adekvat münasibət göstərməyin, ictimai təhlükəsizliyin möhkəmləndirilməsinin, cinayətkarlıqla birgə mübarizə aparmağın prioritet istiqamətlərindən biri dövlətlərarası əməkdaşlığın yaxşılaşdırılmasıdır. Bunu isə iclasda iştirak edən baş nazir Artur Rasizadə bildirib.

«Birgə, razılaşdırılmış səylərlə görülən operativ istintaq tədbirləri nəticəsində yüzlərlə cinayətkar birlik ifşa edilib, ağır cinayətlərin üstü açılıb, beynəlxalq axtarışda olan minlərlə şəxs saxlanılıb», - Rasizadə deyib.

Baş nazirin sözlərinə görə, məhz DİNŞ bir çox təşəbbüslərə impuls verir, kriminoloji vəziyyətə nəzarətin təminatı üzrə vaxtında ölçülər qəbul etməyə kömək edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG