Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:46

Azərbaycan millisi turniri 4-cü pillədə başa vurdu


Foto arxiv
Foto arxiv
Azərbaycanın 21 yaşlı futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsini 4-cü pillədə başa vurdu.

Azərbaycan millisi sentyabrın 6-da öz meydanında İngiltərə yığması ilə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub.

Bu nəticədən sonra Azərbaycan millisi 7 xalla seçmə mərhələni 4-cü pillədə başa vurub.

6 sentyabr

Avropa çempionatının seçmə mərhələsinin oyunu

20:00. Azərbaycan - İngiltərə - 0:2
Qollar: Kolker, 28 (0:1), Şelvey, 83 (0:2)
Hakimlər: Athanassios Giakos, Damianos Efthimiadis, Mixael Karsiotis
Bakı. "Dalğa Arena" stadionu

Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Tərlan Quliyev, 5. Novruz Məmmədov (Urfan Abbasov, 81), 6.Mirhüseyn Seyidov (k), 7. Araz Abdullayev, 8. Cavid İmamverdiyev, 10. Eşqin Quliyev (Ruslan Qurbanov, 81), 14. Bədavi Hüseynov, 17. Rizvan Umarov (Orxan Həsənov, 46), 19. Abdulla Abatsiyev.

İngiltərə: 1. Ben Emos, 2. Martin Kelli, 3. Deni Rouz, 4. Ceyson Lou, 5. Stiven Kolker, 6. Kreyq Douson, 7. Vilfred Zaha, 8. Cordan Henderson (k), 9. Marvin Sordell 10. Conco Şelvi, 11. Tomas İns.


Turnir cədvəli
Komandalar O Q H M Xal

1. İngiltərə 7 6 0 1 18

2. Norveç 6 4 1 1 13

3. Belçika 6 2 2 2 8

4. AZƏRBAYCAN 8 2 1 5 7

5. İslandiya 7 1 0 6 3
XS
SM
MD
LG