Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:39

Avropa Mərkəzi Bankı borc böhranı ilə bağlı növbəti addımı açıqladı


Avropa Mərkəzi Bankı borc böhranı ilə üzləşmiş İspaniya və İtaliya kimi ölkələrin dövlət istiqrazlarının alınacağını bəyan edib.

Avropa mərkəzi Bankının prezidenti Mario Dragi bildirib ki, məqsəd avronun qorunması, dövlət istiqrazları bazarında ciddi pozuntuları azaltmaqdır.

Draqi qeyd edib ki, dövlət istiqrazlarının alınmasını istəyən ölkələr öncə Avropa Sabitlik Fonduna müraciət etməli və borcun azaldılması ilə bağlı ciddi büdcə siyasəti ilə razılaşmalıdırlar.

Amma Almaniya başda olmaqla bir sıra rəsmilər bu proqrama qarşı çıxırlar.

Onlar bu tədbiri birbaşa maliyyə yardımı hesab edirlər.

Artıq İrlandiyaŞ Portuqaliya və Yunanıstan Avropa Birliyi və Beynəlxalq Valyuta Fondundan 100 milyardlarla avro yardım alıblar.

İspaniyaya isə 100 milyard vəd edilib.
XS
SM
MD
LG