Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:13

Pakistan “Uşaqları xilas edin” təşkilatının xarici əməkdaşlarını ölkədən çıxarır


Pakistan hakimiyyəti ölkədə fəaliyyət göstərən “Uşaqları xilas edin” xeyriyyə təşkilatının xarici əməkdaşlarına ölkədən çıxmağı göstəriş verib.

Bunun səbəbinə həllik rəsmi aydınlıq gətirilməyib.

Müvafiq qərarı Pakistanın daxili işlər nazirliyi verib.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, Pakistan hökuməti hesab edir ki, xaricilər əl Qaidənin lideri Osama Bin Ladenin ölümüylə nəticələnmiəş əməliyyatda ABŞ-ın xüsusi xidmətilə əməkdaşlıq edə bilərlər.

Bu təşkilat Pakistanda təxminən 30 ildir ki, fəaliyyət göstərir.

Onun 2 minə yaxın yerli əməkdaşı var.
XS
SM
MD
LG