Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:12
NATO-nun baş katibi Andres Fogh Rasmussen Azərbaycan zabiti Ramil Səfərovun əfv olunmasından təəssüf bildirib.

O Ermənistana səfəri zamanı AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində qeyd edib ki, bu faciədir, buna sevinmək olmaz.

Rasmussen deyib ki, cümə günü Bakıya səfəri zamanı bununla bağlı Azərbaycan rəhbərliyinə təəssüfünü çatdıqmaq fikrindədir.

Ramil Səfərov 2004-cü ildə Budapeştdə keçirilən hərbi kurs zamanı erməni zabiti Gurgen Markaryanı qətlə yetirdiyinə görə Macarıstanda ömürlük həbsə məhkum edilmişdi.

Azərbaycan prezidenti İlham Əliyev avqustun 31-də vətənə verildikdən sonra onu əfv edib.

Ramil Səfərov erməni zabitini Azərbaycan bayrağı və xalqını təhqir etdiyinə görə öldürdüyünü deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG