Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:59

Macarıstan parlamentariləri Ramil Səfərovun ekstradisiyası haqda


Macarıstan parlamentariləri bu ölkədə ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun ekstradisiyası və hadisələrin sonrakı gedişatı məsələsində Azərbaycanı dəstəkləyirlər. Bu barədə Azərbaycanın Macarıstandakı səfirliyindən AzadlıqRadosuna daxil olan məlumatda deyilir.

«Macarıstan Parlamenti Beynəlxalq Əlaqələr Komitəsinin Sədr müavini, Macarıstan Parlamentində Macar-Azərbaycan dostluq qrupunun həmsədri Marton Gyongyosi və Yobbik partiyasının Parlamentdəki üzvü Tamas Hegedus səfirliyə gələrək səfir V. Quliyevlə görüşüblər. Onlar Ramil Səfərov məsələsində Azərbaycana dəstəklərini ifadə ediblər. M. Gyongyosi qeyd edib ki, ekstradisiya məsələsi ilə bağlı sentyabrın 4-də keçirilən mitinqdə iştirak edənlərin əksəriyyəti Dağlıq Qarabağ münaqişəsindən, Azərbaycan torpaqlarının işğalından və erməni zabiti Q.Markaryanın öldürülməsinin həqiqi səbəblərindən xəbərsizdilər».

M. Gyongyosinin sözlərinə görə, siyasi partiya rəhbərləri belə tədbirlərdən sadəcə öz məqsədləri üçün istifadə etməyə çalışırlar. O, indiyə qədər Macarıstanın bir sıra qəzetlərinə və elektron mediaya çoxsaylı müsahibələr verərək məsələnin həqiqi mahiyyətini aydınlaşdırmağa çalışdığını da bildirib.
XS
SM
MD
LG