Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:44

Dəcəlliyinə görə uşağın müalicəsini dayandıran həkimlər və...


Mətbuat icmalı
Mətbuat icmalı
HƏKİMLƏR DƏCƏLLİYİNƏ GÖRƏ UŞAĞIN MÜALİCƏSİNİ DAYANDIRIBLAR

«Bizim yol» qəzeti yazır ki, Azərbaycan səhiyyəsində sensasyon olay baş verib. 13 yaşlı leykoz xəstəsini Elmi-Tədqiqat-Hematologiya və Transfuziologiya İnstitutundan çıxardıblar. Anasının qəzetə dediyinə görə, immuniteti xeyli zəif olan uşağı ona verib deyiblər çıx get buradan. Həkimlərin bəhanəsi də o olub ki, uşaq dəcəllik edir.

XARİCDƏ TƏHSİL ALMAĞIN QEYRİ-RƏSMİ KRİTERİYALARI VAR

«Azadlıq» qəzetinin yazdığına görə, gənclərin xaricdə təhsil proqramı Azərbaycanda pis idarə olunur. İqtisadçı ekspert Qubad İbadoğlu bu barədə qəzetə verdiyi açıqlamada deyir ki, dövlət proqramı qarşıya qoyulan hədəfə çatmır. Onun sözlərinə görə bu proqramda iştirak üçün qeyri-rəsmi kriteriyalar mövcuddur.

QARABAĞIN MÜSTƏQİLLİYİNİN TANINMASI ÖLÜM HÖKMÜ OLARDI

«Yeni Azərbaycan» qəzetində YAP icra katibi Əli Əhmədov bildirib ki, Ermənistan parlamentinin Dağlıq Qarabağın müstəqilliyini tanıması ATƏT-in Minsk qrupunun ölüm hökmü olardı. Onun fikrincə Ermənistan Ramil Səfərovun azadlığa buraxılmasını bəhanə gətirərək öz parlamenti vasitəsilə Cənubi Qafqazda gərginliyi təhlükəli həddə gətirə biləcək avantüraya əl atmağa çalışır.

ELÇİBƏYİN PENSİYASI NİYƏ VERİLMİR?

«Yeni Müsavat» qəzeti isə hökumətin eks-prezident Əbülfəz Elçibəyin pensiyasını vermədiyini bildirir. Qəzet qeyd edir ki, «Eks prezidentlər haqqında» qanunun qüvvəyə minməsindən üç aya yaxın vaxt keçsə də, sənəddə nəzərdə tutulan pensiya ailəyə verilmir. Vəkil Elçin Sadıqov qəzetə deyib ki, buna görə ailə Nazirlər Kabinetini məhkəməyə verə bilər.

AZƏRBAYCAN İNKİŞAF YOLUNDADIR

«Azərbaycan» qəzeti bildirir ki, Dünya İqtisadi Forumunun «Rəqabətlilik Hesabatı 2012-2013» nəşri beynəlxalq ictimaiyyətə təqdim edilib. Hesabatda Azərbaycan qlobal rəqabətqabiliyyətlilik indeksinə görə 9 pillə irəliləyib. Bunu əsas gətirərək qəzet qeyd edir ki, Dünya İqtisadi Forumunun hesabatı Azərbaycanın inkişaf yolunda olduğunu təsdiq edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG