Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:51

İran rəsmisi: İki ölkə arasında əlaqələr bundan sonra daha da inkişaf edəcək


İran və Azərbaycan arasında əlaqələr həmişə yaxşı olub və iki ölkə arasında münasibətlər bundan sonra daha da inkişaf edəcək.

Trend-in məlumatına görə, bunu sentyabrın 6-da jurnalistlərə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının (İİR) vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Hassan Mousavi deyib.

«Bizdə bunu deməyə kifayət qədər fakt və əsaslar var», - Mousavi əlavə edib.

Vitse-prezident dünən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü və bu görüşdə ikitərəfli əlaqələrin geniş müzakirə edildiyini bildirib.

Mousavi İranda həbs olunan azərbaycanlı şairlərin azadlığa buraxılmasına şərh verməyib.
XS
SM
MD
LG