Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:42

Bu gecə metronun 5 stansiyası müvəqqəti bağlanır


Arxiv foto: Bakı Metrosu
Arxiv foto: Bakı Metrosu
Bakı Metropoliteninin 5 stansiyasının fəaliyyəti sentyabrın 6-sı saat 22:00-dan sentyabrın 10-u saat 06:00-a qədər dayanır. Metropoliten rəhbərliyi bildirib ki, «20 Yanvar-Dərnəgül» stansiyalarının bağlanması yeni Bənövşəyi xəttin tikinti işləri ilə əlaqədardır.

Həmin müddət ərzində «20 Yanvar-Dərnəgül» və əks istiqamətdə qatarların hərəkəti dayandırılacaq və sərnişinlər qeyd olunan sahələrdə yerləşən stansiyaların («20 Yanvar», «Memar Əcəmi», «Nəsimi», «Azadlıq prospekti» və «Dərnəgül») xidmətindən istifadə edə bilməyəcəklər.

Bu günlər ərzində Bakı Metropoliteninin qatarları «Həzi Aslanov-İçərişəhər» və «Həzi Aslanov-İnşaatçılar» istiqamətlərində və əksinə olmaqla hərəkət edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG