Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:19

Hillary Clinton Şərqi Timordadır


ABŞ dövlət katibi Hillary Clinton ən yoxsul ölkələrdən birinə dəstəyini təklif etmək üçün Şərqi Timordadır. Təxminən 1300 BMT sülhməramlılarının ilin sonuna qədər ölkəni tərk etməyə hazırlaşdığı bir vaxtda Clinton paytaxt Dilidə timorlu rəsmilərlə görüşüb. Keçmiş Portuqaliya müstəmləkəsi Şərqi Timor 170 000 insanın ölümünə səbəb olan 24 illik İndoneziya işğalından 1999-cu ildə çıxıb.

Clinton səfər boyunca Asiya-Sakit Okean regionunda 6 ölkəyə, o cümlədən Kuk Adalarına və Çinə baş çəkib. Prezident sarayını da ziyarət etdikdən sonra Clinton ABŞ-ın köməyi ilə əsası qoyulmuş bir qəhvə emalı zavodu ilə tanış olub. Vladivostokda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumuna baş çəkməzdən əvvəl onun Bruneyə səfəri gözlənilir.
XS
SM
MD
LG