Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:53

Bakıda sərnişin avtobusu yenidən qəza törədib


Ötən gün saat 20:00 raədələrindən paytaxt ərazisində sərnişin avtobusu yenidən qəza törədib. Bakı Şəhər Baş Polis İdarəsindən Ans Press-ə verilən məlumata görə, R.Behbudov küçəsində Bakı şəhər sakini Sübhan Əliəsgərov idarə etdiyi «Daewoo» markalı 85 saylı sərnişin avtobusu ilə Validə Novruzovanı vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Son bir həftə ərzində Bakı şəhərində sərnişin avtobuslarının törətdiyi yol qəzalarında ölənlərin sayı 10-a çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG