Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:34

Metronun yeni stansiyalarının tikintisində xarici şirkətlərin də iştirakı planlaşdırılır


Bakı Metropoliteninin yeni stansiyalarının tikintisinə tanınmış xarici şirkətlərin də cəlb edilməsi planlaşdırılır.

AzərTAc xəbər verir ki, bu barədə «AzərTunelMetroTikinti» ASC-nin sədri Şaiq Əfəndiyev məlumat vermişdir.

Metro tikintisində baza təşkilat kimi yenə də «AzərTunelMetroTikinti» qalacaqdır. Lakin paytaxt metropoliteninin inkişafı layihəsi böyük olduğundan bunun üçün çoxsaylı tunel qazma qurğularına ehtiyac duyulur.

Ş. Əfəndiyev demişdir ki, Bakı Metropoliteninin yeni stansiyalarının tikintisinə xarici şirkətlər maraq göstərirlər. Potensial iştirakçılarla danışıqlar sentyabrın 10-11-də Azərbaycanda keçiriləcək «Tunel tikintisi və meqapolislərin yeraltı infrastrukturu» sərgi-konqres zamanı aparılacaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG