Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:50

Alessandro Del Pyero "Sidney" klubunda oynayacaq


"Yuventus" un keçmiş futbolçusu Alessandro Del Pyero karyerasını Avstraliya liqasında davam etdirəcək.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, 37 yaşlı futbolçu "Sidney" klubu ilə 2 illik müqavilə imzalayıb.

Del Pyero daha öncə İsveçrənin "Sion" klubundan təklif alsa da, tərəflər arasında razılıq əldə olunmamışdı. "Liverpul"un da təklifini rədd edən italiya futolçu "Sidney" klubu ilə razılığa gəlib.

Del Pyero bu komandada ilə 2 milyon dollar qazanacaq.

Qeyd edək ki, Alessandro Del Pyero karyerasına “Padova”da başlayıb.
1993-cü ildə “Yuventus”a keçib.

Del Pyero “Qoca Sinyora”nın heyətində 6 dəfə İtaliya çempionluğu (bunlardan 2-si korrupsiya qalmaqalı ilə əlaqədar ləğv olunub), 1996-cı ildə Çempionlar Liqasının qalibi,
İtaliya millisində isə 2006-cı il dünya çempionluğu qazanıb.
XS
SM
MD
LG