Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:20

Elman Abdullayev: "Azərbaycan vətəndaşlarına qarşı hər hansı təxribata görə Ermənistan cavabdehlik daşıyacaq"


Elman Abdullayev

Elman Abdullayev

Azərbaycan vətəndaşlarına qarşı hər hansı təxribata görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşəcək.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. O qeyd edib ki, "ASALA” hamıya məlum olan terrorçu təşkilatdır və onun fəaliyyəti nəticəsində xeyli insan ölüb.

O bildirib ki, Azərbaycanın xarici ölkələrdəki bütün diplomatik nümayindəliklərinə təlimatlar verilib ki, öz təhlükəsizliyi ilə bağlı yerləşdikləri ölkələrin müvafiq orqanlarına müraciət etsinlər.

Elman Abdullayev qeyd edib ki, Ermənistan rəhbərliyinin təhdid dolu aqressiv çıxışları göstərir ki, o terrorçuluğu himayə edən rəhbərlikdir və onun bu cür çıxışları seçkiqabağı ərəfədə qatı millətçi dairələrin maraqlarına uyğun addım atmaq məqsədi güdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG