Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:46

Liviyanın keçmiş kəşfiyyat naziri Senussi Tripoliyə verilib


Mavritaniya Liviyanın keçmiş kəşfiyyat naziri Abdul al Senussini Liviyaya verib.

Bu barədə Mavritaniyanın kütləvi informasiya vasitələri xəbər verirlər.

Keçmiş Liviya dikdatoru Muammar Qaddafinin sağ əli hesab olunan Senussi 5 ay bundan əvvəl Mavritaniyada həbs olunub.

O Liviyada hakimiyyətdə olduğu dövrdə cinayət işlətməkdə ittiham olunur.

Həmçinin Fransa ilə Beynəlxalq Cinayət Məhkəməsi onun verilməsini istəyirlər.

O Fransada1989-cu ildə Nigeriya üzərində Fransa təyyarəsinin vurulmasına görə, ömürlük həbsə məhkum edilib.

Beynəlxalq Cinayət Məhkəməsi isə onu insanlığa qarşı cinayət işlətməkdə ittiham edir.
XS
SM
MD
LG