Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:09

"Qazprom" Avropa Komissiyasına cavab verib


Rusiyanın Qazprom şirkəti strateji dövlət müəssisəsi olduğunu və Rusiya qanunları ilə işlədiyini bəyan edib.

Konsern belə bir bəyanatla Avropa Komissiyasının onun fəaliyyəti ilə bağlı rəsmi istintaqa başlaması barədə məlumata münasibət bildirərkən çıxış edib.

Avropa Komissiyası Qazpromun Avropa Birliyinin rəqabət qaydalarını pozub-pozmamasını araşdırdığını deyir.

Söhbət əsasən Avropa Birliyi ölkələrindən qazın sərbəst daşınması və mümkün təxribat və ədalətsiz qiymətdən gedir.

Qazprom hələlik araşdırma ilə bağlı rəsmi məlumat almadığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG