Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:56

İnquşetiyada 6 hərbçi öldürülüb


İnquşetiyada hərbi maşın karvanının atəşə tutulması nəticəsində azı 6 hərbçi ölüb, 1-i isə yaralanıb.

Daxili işlər nazirliyinin məlumatına görə, əvvəlcə sərhədçilərdən ibarət hərbi karvanın ötdüyü yolda partlayış baş verib, sonra isə hərbçilər atəşə tutulub.

İlkin məlumata görə hücum edənlər təxminən 10 nəfər olub.

Hadisə Sunjensk rayonunda baş verib.

Rayonda xüsusi axtarış əməliyyatı keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG