Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:50

Azərbaycanlı idmançılar pulsuzluqdan dünya çempionatına gedə bilmir?


4 nəfərlik Azərbaycan yığması sentyabrın 6-da Sankt-Peterburq şəhərində «Muay thai» idman üzrə dünya çempionatına gedə bilmir. Yığmanın baş məşqçisi Rəhim Abasəliyev pulsuzluğu səbəb göstərir. AzadlıqRadiosuna bildirdiyinə görə, müraciət etmələrinə baxmayaraq Gənclər və İdman Nazirliyindən onların səfəri üçün pul ayrılmayıb.

«Bu turnirdə 4 idmançı və 1 məşqçi ilə təmsil olunmalıydıq. Bunun üçün isə təxminən 4700 manat lazımdır. Mən nazir müavini İsmayıl İsmayılovun qəbulunda oldum. O da idman şöbəsinin müdiri Mirkamil Rəhimovu çağırıb göstəriş verdi. O isə bu yarışmanın elə də bir əhəmiyyətli yarışma olmadığını bildirdi. Bu yarışda 70-dən çox ölkə iştirak edir. Bu necə əhəmiyyətsiz yarışma ola bilər. 2012-ci il Avropa kuboku uğrunda 8 nəfər iştirak etdik, 3-ü qızıl olmaqla 5 medal qazandıq, Azərbaycan bayrağını yüksəklərə qaldırdıq, indi isə pulsuzluğa görə yarışa gedə bilmirik. Bizə qarşı bu laqeydlik nəyə lazımdır».

Gənclər və İdman Nazirliyinin şöbə müdiri Mirkamil Rəhimov isə AzadlıqRadiosuna ölkədən kənarda olduğunu deyib, məsələyə münasibət bildirmək istəmədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG