Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:08

Məşvərət Məclisi əsasnamə imzaladı


Sentyabrın 5-də Demokratik Qüvvələrin Məşvərət Məclisi əsasnamə imzalayıb. Dörd maddədən ibarət əsasnamədə bildirilib ki, Məşvərət Məclisi Azərbaycanda demokratik seçki mühitinin yaradılmasına və ölkədə mövcud olan avtoritar rejimdən demokratik siyasi sistemə keçidə nail olmaq uğrunda aparan müxalifət partiyalarını birləşdirən qurumdur.

Demokratik Qüvvələrin Məşvərət Məclisinin üzvü olan Dünyəvi Bozqurd Partiyasının sədri Şakir Ulubəyin sözlərinə görə, məclisə 12 partiya üzvdür, bir partiya - Demokrat Partiyası isə müşahidəçidir. Şakir Ulubəy bildirib ki, əsasnamə qəbul olunub imzalandıqdan sonra daha 3 siyasi partiyanın da Məşvərət Məclisinə qoşulacağı gözlənilir.

Demokratik Qüvvələrin Məşvərət Məclisi avqustun 24-də yaradılıb. Məclisə İctimai Palatanın üzvü olan partiyalar qoşulmayıb.
XS
SM
MD
LG