Keçid linkləri

2017, 16 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 19:39
Sentyabrın 5-də tarixdə ən maraqlı hadisələrdən biri 1698-ci il sentybarın 5-də Rusiya çarı Birinci Pyotrun saqqala görə vergi qoymasıdır.

Bu vergi 7 il sonra tətbiq olunmağa başladı.

Məmurlar, saray əhli saqqal saxlamaq istəyirdisə, ildə 600 manat vergi verirdi.

Vergi kəndliyə aid deyildi. Ancaq saqqallı kəndli iş dalınca şəhərə gələndə bir qəpik ödəməli idi.

Saqqala ilk dəfə vergi isə bundan 150 il əvvəl İngiltərədə qoyulub.

Tarixdə 5 sentyabrda digər maraqlı və ya mühüm hadisələr:

1944-cü il- Belçika, Niderland və Lüksemburq Benilüks gömrük ittifaqını yaratdılar.

Birliyin adı bu 3 ölkənin adlarının ilk hərflərindən yaranıb. BE-lçika, Ni-derland, LÜKS-emburq.

1980-cı il- İsveçrədə dünyanın ən uzun avtomobil yollu tuneli açıldı. Bu tunelin uzunluğu 16 km 224 m idi.
XS
SM
MD
LG