Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:55

Anar Bayramlının müraciəti təmin olunmadı


Binəqədi Rayon Məhkəməsi vicdan məhbusu, İranın «Səhər» televiziyasının Azərbaycan müxbiri Anar Bayramlını vaxtından əvvəl azadlığa buraxmaqdan imtina edib.

APA-nın məlumatına görə, jurnalistin müraciətinə sentyabrın 4-də baxılıb.

Jurnalist fevralın 17-də həbs edilib, qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunub. Binəqədi Rayon Məhkəməsi iyunun 11-də Anar Bayramlını 2 il müddətinə azadlıqdan məhrum edib.

Avqustun 2-də Bakı Apellyasiya Məhkəməsi jurnalistin cəzasını 1 ilə endirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG