Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:42
Yaponiya hökumətinin Şərqi-Çin Dənizində mübahisəli adaları almaq haqda razılaşma əldə etdiyinə dair məlumatlar yayılıb.

Rəsmilər məlumatı təsdiqləməsələr də bu barədə Yaponiyanın aparıcı mətbuat orqanları yazıblar.

Çin və Yaponiya arasında Daioyu (Senkaku) kimi tanınan adalar üzərində gərginlik bu ilin aprelində Tokio qubernatorunun onları almaq planını elan edəndən sonra alovlanıb.

Adalar Yaponiyanın nəzarəti altındadır, lakin Çin və Tayvan da onlara iddialıdır.

Kyodo xəbər agentliyi hökumətdə adını açıqlamadığı mənbələrə istinadən yazır ki, Yaponiya hökuməti beş əsas adadan üçünü almaq üçün 26 milyon dollar ödəyəcək.

«Asahi» və «Yomiuri» qəzetləri də sentyabrın ortalarında müqavilələrin təsdiq ediləcəyini qeyd ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG