Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:09

Əhmədinejatdan məktub var, eks-prezidentlərə qarşı ayrı-seçkilik və...


Mətbuat icmalı

Mətbuat icmalı

ƏHMƏDİNEJATDAN ƏLİYEVƏ DAHA BIR MƏKTUB VAR

«Yeni Müsavat» «İranın vitse-prezidentinin Bakı səfərinin pərdəarxası» məqamlarından yazır. Qəzetə görə, «Musəvi Əhmədinejatın daha bir məktubunu Azərbaycan prezidentinə gətirir. Məktubda nələrin əksini tapdığını dəqiq söyləmək çətindir, ancaq hiss olunur ki, rəsmi Tehran iki ölkə arasındakı gərgin münasibətlərin və konfrontasiyanın davamlı olmasında bir elə maraqlı deyil və əlaqələrin işıqlanmasının vacibliyini anlayır».

ŞAİRİN TORPAĞINI ƏLƏ KEÇİRMƏK İSTƏYƏNLƏR

«Azərbaycan» qəzeti yazır ki, vaxtilə mərhum şair Ağa Laçınlıya verilən torpaq sahəsini saxta yolla ələ keçirmək istəyirlər. Qəzet şairin həyat yoldaşının redaksiyaya ünvanladığı məktubunu dərc edib. Məktubda qeyd olunur ki, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinin bütün sənədləri qaydasında olsa da o Səbail rayon icra hakimiyyətinin sabiq başçısının yaxın qohumunun adına sənədləşdirilib. Məktubda qeyd olunur ki, qanunsuzluğa bu sahəyə cavabdeh olan qurumlar da əhəmiyyət verməyib:

«Baxmayaraq ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi 3 il qabaq sözügedən həmin ərazi üçün Ağa Laçınlının ailəsinə analoji sənədləri vermişdi».

QƏZADA 28 NƏFƏR ÖLÜB?

«Bizim yol» qəzeti Lökbatandakı avtobusla qatar qəzadan sonra 28 nəfərin dəfn olunduğunu yazır. Yazı müəllifi xəstəxanada müalicə olunan xəstələrlə söhbət edib. Yarıların dediyinə görə, Lökbatan məscidinin mollası onlara deyib ki, qəza baş verən gün 28 nəfəri dəfn ediblər.

Qəzet xəstəxanada müalicə olan yaralıların da müalicədən narazı qaldıqlarını yazır:
«5 gündür ayağında şüşə qırıntıları ilə yatan Mehman Behbudov hələ də şüşə qırıntılarının ayağında çıxarılmadığını deyir».

«YUXULARI ƏRŞƏ ÇƏKƏN» CİNAYƏT İŞİ

«Yeni Azərbaycan» yazır ki, eks-prezident «Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı cinayət işi «yuxuları ərşə çəkib». Qəzet yazır ki, «Elçibəyin zəhərlənməsini 1999-2000-ci illərdə «yurd»çular özləri gündəmə gətirmişdilər». Qəzet «zəhərlənməni Əli Kərimli təşkil edib» yazır və qeyd edir ki, indi bu iddialar Kərimlinin öz düşərgəsindədir.

EKS-PREZİDENTLƏR HAQQINDA QANUNUNA AYRI-SEÇKİLİK?

«Azadlıq» qəzeti «Eks-prezidentlər haqqında» qanunun Elçibəyə aid edilmədiyini yazır. Qəzet yazır ki, bu qanun qüvvəyə minəndən sonra eks-prezident Ayaz Mütəllibov maşınla təmin edilib və hər ay eks-prezident maaşı alır. Qəzetə müsahibəsində Elçibəyin oğlu Ərturqut Əliyev ailələrinə indiyə qədər heç bir şey verilmədiyini deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG