Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:08

Yaponiya mübahisəli adaları alırmı?


Yaponiya hökumətinin Şərqi Çin dənizində mübahisəli adaları almaq üçün razılaşma əldə etdiyinə dair məlumatlar yayılıb.

Rəsmilər məlumatı təsdiq etməsələr də, bu barədə Yaponiyanın aparıcı mətbuat orqanları yazıblar.

Çin və Yaponiya arasında Daioyu (Senkaku) kimi tanınan adalar üzərində gərginlik bu ilin aprelində Tokio qubernatoru onları almaq planlarını elan edərkən tüğyan edib.

Adalar Yaponiyanın nəzarəti altındadır, lakin Çin və Tayvan da onlara iddialıdır.

Kyodo xəbər agentliyi hökumətdə adını açıqlamadığı mənbələrə istinadən yazır ki, Yaponiya hökuməti beş əsas adadan üçünü almaq üçün 26 milyon dollar ödəyəcək.

“Asahi” və “Yomiuri” qəzetləri də sentyabrın ortalarında müqavilələrin təsdiq ediləcəyini qeyd ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG