Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:35

Məhkəmə sədri və icra nümayəndəsi yol qəzasında öldü


Sentyabrın 4-də Bakı-Qazax magistralının Qaradağ rayonu ərazisindən keçən hissəsində sərnişin avtobusu ilə avtomobil toqquşub. Lent.az-ın məlumatına görə, nəticədə minik avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Abbasov Qasid Ziyad oğlu və sərnişini, 1960-cı il təvəllüdlü Ağayev İlham Barat oğlu hadisə yerində ölüb.

Q.Abbasovun həyat yoldaşı Abbasova Gülnarə Güləli qızı isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Q.Abbasov Mehdiabad qəsəbəsinin icra nümayəndəsinin müavini, İ.Ağayev isə Xəzər rayon Məhkəməsinin sədridir.

Qəza zamanı sərnişin avtobusunda olan sərnişinlər arasında xəsarət alan olmayıb. Qəzadan əvvəl isə sərnişin avtobusu Sahil qəsəbəsindən şəhər istiqamətinə doğru, digər avtomaşın isə əksinə üzü qəsəbəyə tərəf hərəkətdə olub.

Qəza baş verən ünvanda Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb, şahid ifadələri alınıb. Yol-nəqliyyat hadisəsinin baş vermə səbəblərinə istintaq araşdırmalarından sonra aydınlıq gətiriləcək.
XS
SM
MD
LG