Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:15

Konqresmen: «Əminəm ki, ABŞ-ın insan haqlarına verdiyi önəmi Azərbaycan hökuməti anlayır»


Dan Burton
Dan Burton
-
«İranın nüvə proqramı təkcə Azərbaycan üçün deyil, bütün bölgə üçün təhlükə yaradır. Bu məsələ Azərbaycan hökumətini də narahat edir».

Bunu Bakıda səfərdə olan ABŞ Nümayəndələr Palatasının Avropa və Avrasiya məsələləri üzrə alt komitəsinin sədri Dan Burton deyib.

ABŞ-ın İsraillə birlikdə İrana qarşı hərbi əməliyyat keçirib-keçirməyəcəyinə dair sualı cavablandıran D.Burton bildirib ki, İran dərhal nüvə proqramının icrasını dayandırmalıdır:

«Düşünürəm ki, İsrail öz vətəndaşlarını müdafiə etmək üçün mümkün olan hər şeyi edəcək».

D.Burton sentyabrın 4-də prezident İlham Əliyev, Xarici İşlər naziri Elmar Məmmədyarov və parlamentin spikeri Oqtay Əsədovla görüşüb. Onun dediyinə görə, prezidentlə görüşdə ABŞ-Azərbaycan əlaqələri və İranla bağlı məsələlər müzakirə edilib.

Görüşlərdə Azərbaycanda insan hüquqları məsələsinin də müzakirə edilib-edilmədiyinə dair sualın cavabında isə D.Burton deyib ki, bu məsələ üzərində çox detallara varmayıblar:

«Amma inanıram ki, Birləşmiş Ştatların insan haqları və müvafiq azadlıqlara verdiyi önəmi Azərbaycan, onun yüksək rütbəli rəsmiləri anlayır. Ona görə də, bu məsələlər üzərində ətraflı dayanmağa lüzum görmədik».

Konqresmen Azərbaycan ordusunun zabiti Ramil Səfərovun əfvinə də münasibət bildirib. Deyib ki, onun bu məsələdə mövqeyi ABŞ hökumətinin verdiyi bəyanatdan fərqli deyil. Bununla belə o, hesab edir ki, bu hadisə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına mənfi təsir etməməlidir.

«Azərbaycan həm ABŞ, həm də bütün bölgə üçün önəmli bir ölkədir», - deyən D.Burton qeyd edib ki, Azərbaycan regional təhlükəsizliyin təmin olunmasında vacib rol oynayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG