Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:54

Britaniya korrupsiyada ittiham olunan Rusiya məmurlarına viza qadağası olmadığını deyir


Arxiv foto: Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov Moskvada etiraz aksiyalarından birində Sergei Magnitsky`nin portretini qaldırıb.

Arxiv foto: Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov Moskvada etiraz aksiyalarından birində Sergei Magnitsky`nin portretini qaldırıb.

-
Britaniyanın Xarici İşlər naziri sentyabrın 4-də bildirib ki, onun ölkəsi “Magnitsky siyahısı” üzrə Rusiya məmurlarına viza qadağaları tətbiq etməyə hazırlaşmır. Nazir Rusiyanın Londondakı səfirinin müraciətinə cavabında qeyd edib ki, Rusiya vətəndaşlarına viza verilməsi rejimində hər hansı dəyişiklik yoxdur.

Bir neçə gün əvvəl “Sunday Times” qəzeti yazıb ki, 60 nəfər Rusiya məmurunun adı yazılan “Magnitsky siyahısı” Britaniyanın Rusiyadakı səfirliyinə göndərilib. Qəzet iddia edirdi ki, səfirliyə siyahıda göstərilən adamlardan hər hansı biri viza üçün müraciət edəndə xüsusi araşdırma aparılsın.

Rusiyanın Londondakı səfiri də həmin xəbərdən sonra Britaniyanın xarici siyasət idarəsinə müraciət edərək qəzetin yazdıqlarına aydınlıq gətirilməsini istəyib. Səfir eyni zamanda belə qadağalar olarsa, Britaniyaya qarşı “sərt tədbirlər” görüləcəyi barədə xəbərdarlıq etmişdi.

“Magnitsky siyahısı” 2011-ci ildə ABŞ-da Rusiya məmurlarına qarşı viza qadağaları tətbiq olunmasını nəzərdə tutan və “Sergei Magnitsky Rule of Law Accountability Act” adlanan qanun layihəsindədir. Həmin sənədi artıq ABŞ Senatının Xarici Əlaqələr Komitəsi təsdiq edib. Sənəd Magnitsky`nin işində əli olan 60 yüksək vəzifəli Rusiya məmurunun ABŞ-a səfərlərinə viza verilməməsi və onların ABŞ-dakı bank hesablarının dondurulmasını nəzərdə tutur.

Qanun layihəsi Konqresin hər iki palatası və ABŞ prezidentinin təsdiqindən sonra qüvvəyə minəcək.
Bu il iyulun 26-da Bakıda keçirilən etiraz aksiyasında müxalifət fəallarından birinin qaldırdığı plakat. Plakatda qeyd olunur ki, "Magnitsky siyahısı" Haaqa məhkəməsinə ilk addımdır.

Bu il iyulun 26-da Bakıda keçirilən etiraz aksiyasında müxalifət fəallarından birinin qaldırdığı plakat. Plakatda qeyd olunur ki, "Magnitsky siyahısı" Haaqa məhkəməsinə ilk addımdır.


Avropa Parlamenti də “Magnitsky siyahısı”nı təsdiq edib. Amma Avropa Birliyi ölkələrinə siyahıda göstərilən adamlara viza qadağa qoyulmasını qəti tələb etmir.

Rusiya məmurlarına qarşı belə qadağaları qəbul edən ölkələrə sərt cavab veriləcəyini bildirir.

Sergey Magnitsky Rusiyada Hermitage Capital Management şirkətinin vəkilidir. Rusiyalı məmurları çoxmilyonluq korrupsiya hallarında ittiham edən 37 yaşlı vəkil 2009-cu ildə saxlandığı həbsxanada ölüb.

Yaxınları və anti-korrupsiya fəalları vəkilin saxlandığı həbsxanada döyüldüyünü, ona tibbi yardım göstərilmədiyindən keçindiyini iddia edirlər. Rusiya iddiaları rədd edir.

“Magnitsky siyahısı”nda da vəkilin işi ilə bağlı olan Rusiya hakimləri, prokurorları, xüsusi xidmət orqanları əməkdaşlarından ibarət 60 nəfərlik yüksək vəzifəli məmurun adı var.
XS
SM
MD
LG