Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:34

Serbiya AB-yə üzvlük üçün Kosovo ilə danışıqlara hazırdır


Serbiya Kosovo ilə danışıqları davam etdirəcək və Avropa Bİrliyinə üzvlük üçün inteqrasiya prosesini sona çatdırmaqda qərarlıdır. Sentyabrın 4-də Serbiyanın yeni Baş naziri Ivica Dacic Brüsseldə Avropa Birliyi prezidenti Herman Van Rompuy ilə görüşdən sonra belə deyib.

Van Rompuy bildirib ki, Avropa Birliyi və bir çox dövlətlərin tanıdığı Kosovonun alban rəhbərliyi ilə danışıqlar Serbiyanın Avropa Birliyinə inteqrasiyası yolunda çox vacib tələblərdəndir.

Belqrad birətərfli olaraq müstəqlliyini elan edən və ABŞ, Avropa Birliyi tərəfindən tanınan Kosovunun müstəqilliyini tanımır və bunu beynəlxalq hüququn pozulması sayır.

Mart ayında Avropa Birliyi Serbiyanın üzvlük statusunu təsdiqləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG