Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:44
-
Göyçayın Ləkçılpaq kənd sakini Elşən Abdullayev «Qaynar xətt»ə şikayət edib ki, bu il mayın 15-də Göyçay rayon polis şöbəsinin əməliyyatçıları 31 yaşlı qardaşı Fərhad Abdullayevi şərləyərək həbs edib. Elşən Abdullayevin deməsinə görə, polis işçiləri onun qardaşının cibinə narkotik maddə atıblar və hazırda o, həbsdədir:

«Kənddə bir nəfərin cibinə narkotik maddə atıb həbs eləmişdilər. Bu hadisə qardaşımın gözü qarşısında baş vermişdi. O da Daxili İşlər nazirinə bununla bağlı məktub yazmışdı. Mayın 15-də qonşu kənddə öz cibinə çətənə atıb tutdular. Qardaşıma polis şöbəsində işgəncə vermişdilər. Anamla görüşəndə demişdi ki, mənə o qədər təpik vurublar ki, qan tüpürürəm. Bizim vəkili yaxına buraxmırdılar, özləri uyğun bildikləri adamı qardaşıma vəkil eləmişdilər. O vəkil də istintaqa işləyirdi».

Elşən Abdullayev deyir ki, qardaşının şərlənməsi və polis şöbəsində işgəncəyə məruz qalması ilə əlaqədar dövlət orqanlarına saysız-hesabsız məktublar göndərib. Ancaq şikayət etdiyi hallar araşdırılmayıb.

«CİBİNDƏN 9 QRAM MARİXUANA TAPILIB»

DİN Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadənin məsələyə münasibəti belə oldu:
Orxan Mansurzadə

Orxan Mansurzadə


«Elşən Abdullayevin dedikləri əsassızdır. Polisdə Fərhad Abdullayevin narkotika aludəçisi olması, qanunsuz yolla narkovasitələr əldə etməsi barədə əməliyyat məlumatı olub. Mayın 15-də əməliyyat keçirilib. Fərhad Abdullayev saxlanılaraq Göyçay rayon Polis Şöbəsinə gətirilib. Hal şahidlərinin və vəkilin iştirakı ilə üstünə baxış keçirilib, cibindən şəxsi istehlak miqdarında, yəni 9 qrama yaxın marixuana tapılaraq götürülüb və müvafiq qaydada sənədləşdirilib. CM-in 234.1 maddəsi ilə cinayət işi qaldırılıb, istintaq aparılıb. Fərhad Abdullayev istintaqa ifadəsində də göstərib ki, narkotik vasitəni özünün istifadəsi üçün tanımadığı bir adamdan alıb. Onun narkotik aludəçisi olduğu müvafiq ekspertizanın rəyi ilə də təsdiqlənib».

Orxan Mansurzadə bildirdi ki, istintaq yekunlaşıb və hazırda cinayət işi baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilib:

«Fərhad Abdullayevin guya şərlənərək həbs edilməsi və işgəncəyə məruz qalması barədə qardaşının iddiaları onu məsuliyyətdən yayındırmağa, günahsız olması barədə yanlış rəy yaratmağa xidmət edir. Əgər söylənilənlərə dair qarşı tərəfin hər hansı ciddi dəlil-sübutu varsa, onu məhkəməyə də təqdim edə bilər».

Fərhad Abdullayevin məhkəməsinə hazırlıq iclası keçirilib. Yaxın günlərdə məhkəmə baxışı olacaq.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG