Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:42
-

Amerika yazıçısı Richard Bach təyyarə qəzasında ağır yaralandı.

Onun idarə etdiyi yüngülmotorlu təyyarə Vaşinqton ştatının Sakit okean sahillərindəki San-Xuan arxipelaqında qəzaya uğrayıb.

76 yaşlı Bach-ın çəmənliyə enən şəxsi təyyarəsi elektrik xətlərinə ilişib və yerə çırpılıb.

Ağır xəsarət almış yazıçını təyyarənin qalıqları altından turistlər çıxarıblar.

Başından ağır xəsarətlər alan yazıçı xəstəxanaya çatdırılıb.

Bach cavanlıqda Hərbi Hava Qüvvələrində xidmət edib.

Onun əsərlərində tez-tez təyyarələr “görünür”.

Ona dünya şöhrətini 1970-ci ildə çap edilmiş “Conatan Livinqston adlı qağayı” romanı gətirib.

O zaman roman dünyada bestsellerə çevrilmiş və əsasında film çəkilmişdi.

Əsər dəstədən qovulan qağayı haqqındadır. O, gündəlik qida qayğılarından bezib uçmaq sənətinə dərindən yiyələnmək, yeniliklər görmək, öyrənmək istəyilə alışıb yanır. Dəstə intizamına etinasızlıq onun yoldaşlarından ayrılması ilə nəticələnir. Amma bunun əvəzində onun üçün yeni həyatın qapıları açılır..

Roman 1973-cü ildə SSRİ-də də nəşr olunmuşdu.

"Röyters"ə istinadla oxuzali.az

Filmdən bir parça

Günün bütün mövzuları

XS
SM
MD
LG