Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:02

Xarici ölkəyə qaçan əsgərlər barədə cinayət işi başlanıb


Avqustun 5-də Müdafiə Nazirliyi, Şəmkir hərbi birləşməsinin Gəncə şəhərində yerləşən hərbi hissəsində 2 əsgərin xidmət yerini özbaşına tərk etməsi ilə əlaqədar cinayət işi başlanılıb. Gəncə Hərbi Prokurorluğundan Lent.az-a verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 333-cü (hərbi hissəni özbaşına tərk etmə) maddəsi ilə iş qaldırılıb.

Məlumata görə, Göyçay rayonunun Ləkçiplaq kənd sakinləri olan iki qardaş -1989-cu il təvəllüdlü Nəcəfov Vasif Sübhan oğlu və 1990-cı il təvəllüdlü Nəcəfov Dilqəm Sübhan oğlu avqustun 5-də Gəncə şəhərində, xidmət etdiyi N saylı hərbi hissədə keçirilən andiçmə mərasimindən sonra ərazini tərk edib. Əsgərlər mərasimdən sonra öz valideynləri və qohumları ilə birgə şəhərə gəzməyə çıxıblar. Sonra valideynlərini aldadaraq onlardan ayrılan qardaşların Gəncəni tərk edərək Qazax rayonuna getdiyi və oradan da Gürcüstana keçdiyi ehtimal olunur.

Məlumatda o da bildirilir ki, andiçmədən bir gün qabaq valideynlərinə telefonla zəng edən əsgərlər onların yanına gələrkən evdən ümumvətəndaş pasportlarını (xarici pasport) da gətirmələrini tələb ediblər. Əsgərlər pasportların guya hərbi hissədən istənildiyini bildiriblər.

Vasif və Dilqəm Göyçayın Ləkçiplaq kəndində anadan olub və Qaraman kənd orta məktəbini bitiriblər. Azərbaycan Dövlət Pedaqoji Universiteti bitirib hərbi xidmətə çağırılıblar. Vasif Nəcəfovun ötən il yay tətili vaxtı Türkiyəyə gedərək işlədiyi bildirilir və onların da elə həmin ölkəyə qaçdığı ehtimal olunur.

Hərbi hissəni özbaşına tərk edən əsgərlərin axtarışı hal-hazırda davam etdirilir. Onların tapılması üçün hərbi prokurorluq müvafiq qurumlara müraciət edib, sorğular göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG