Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:33

Hava küləkli olacaq


Sentyabrın 5-də Azərbaycan ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, günorta saatlarında cənub küləyi arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında sentyabrın 5-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub, cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-22, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG