Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:05

ATƏT Belarus müxaliflərinin həbsindən narahatdır


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Belarusda müxalif internet portalların administratorlarının saxlanması və həbslərindən narahatlığını ifadə edib.

Sentyabrın 4-də ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic yazılı bəyanatında bildirib ki, bu həbslər “müxalif səsləri susdurmağa və online ifadə azadlığını basdırmağa cəhdlərin davam etdiyini göstərir”.

Ötən həftə polis Minskdə bir qrup müxalifyönlü sayt idarəçilərini saxlayıb. Saxlananların yaxınları deyirlər ki, onların mənzillərində axtarış aparılıb və kompüterləri müsadirə edilib.

Saxlananlardan ikisi – Pavel Yevtixiyev və Andrey Tkaçev “xırda xuliqanlıq” adı ilə 7 və 5 günlük azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG