Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:17

Qırmızı Xaç Komitəsinin rəhbəri Bəşər Əsədlə görüşəcək


Beynəlxalq Qırmızı Xaç Komitəsinin yeni prezidenti Peter Maurer Suriyada vətəndaşlara yardım imkanlarının yaxşılaşdırılması cəhdi kimi sentyabrın 4-də Dəməşqdə prezident Bəşər Əsəd və digər rəsmilərlə görüşməyi planlaşdırır.

Ötən gün Suriya müxalif fəalları məlumat yayıblar ki, dövlətə məxsus hərbi təyyarə üsyançıların tutduğu şəhəri bombalayıb, 20-dən çox insan öldürülüb.

Suriya İnsan Haqları Müşahidə qrupu deyib ki, Əl-Bab şəhərində öldürülənlər arasında uşaqlar və qadınlar da olub.

Dəməşq ətrafında maşına quraşdırılmış bomba isə 5 insanın ölümünə səbəb olub. SANA xəbər agentliyi partlayışda “terrorçu qrup”u günahlandırıb.
XS
SM
MD
LG